воскресенье, 29 марта 2026 г.

“Amerikanın səsi”nə müsahibə -

<a href="https://www.amerikaninsesi.org/a/azer-sarioglu/4013563.html" target="_blank">

Azər Sarıoğlunun Amerikanın Səsi müsahibəsi

</a>


Azər Sarıoğlunun Amerikanın Səsi radiosuna müsahibəsini buradan oxuyun https://www.amerikaninsesi.org/a/azer-sarioglu/4013563.html


Azər Sarıoğlunun “Amerikanın Səsi” radiosunda verdiyi müsahibəyə əsaslanan daha geniş və dəqiq mövqeyiniaşağıda sistemli şəkildə təqdim edirəm:

🧠 1. Güney Azərbaycan hərəkatının vəziyyəti

Azər Sarıoğlu deyir ki:

  • Güney Azərbaycanda (İranda yaşayan azərbaycanlıların milli hərəkatı) müəyyən fəaliyyət var, amma
  • bu hərəkat vahid, güclü və geniş inam qazanan təşkilata malik deyil.
    Bu səbəbdən hərəkatın real gücü və təsiri haqqında dəqiq diaqnoz qoymaq çətindir, çünki İran rejimi informasiya blokadası tətbiq edir və obyektiv məlumat almaq çətindir. 

🧩 2. Təşkilatlanma və liderlik məsələsi

Sarıoğlu qeyd edir ki:

  • Güney Azərbaycanla bağlı mübarizə aparan insanlar, ziyalılar və liderlər olsa da,
  • onlar hələ də geniş kütlələri birləşdirə biləcək vahid liderlik və təşkilat formalaşdıra bilməyiblər.
    Bu da hərəkatın təsirini azaldır. 

📢 3. Xaricdəki təşkilatların fəaliyyəti

Onun fikrincə:

  • Xaricdə fəaliyyət göstərən güney təşkilatlarının əsas işi daxildəki hərəkata informasiya dəstəyi vermək və müzakirələr aparmaqdır,
  • bu fəaliyyət qənaətbəxş hesab edilmir.
    Yəni Sarıoğlu daha effektiv və genişmiqyaslı fəaliyyətin lazım olduğunu düşünür. 

🌍 4. Beynəlxalq əlaqələr və mesajın yayılması

Sarıoğlu vurğulayır ki:

  • Güney Azərbaycan məsələsi yalnız Azərbaycan daxilində deyil, həm də dünya ictimaiyyətinə çatdırılmalıdır.
  • O hesab edir ki, beynəlxalq təşkilatlar və böyük dövlətlərlə əlaqələrin qurulması bu hərəkat üçün daha faydalı olardı. 

📉 5. Azərbaycan daxilində diqqətin azalması

O həmçinin bildirir ki:

  • Keçmişdə, xüsusən Bütöv Azərbaycan Birliyinin fəaliyyəti dövründə bu mövzuya daha çox diqqət verilirdi,
  • sonradan bu diqqət azalıb.
    Bu da ümumi vəziyyətə təsir edir. 

🧭 Qısa xülasə

Azər Sarıoğlunun “Amerikanın Səsi” radiosundakı mövqeyi belədir:

✔️ Güney Azərbaycan hərəkatı var, amma vahid və güclü deyil.
✔️ Liderlik və təşkilatlanma çatışmır.
✔️ Xaricdəki təşkilatlar daha effektli fəaliyyət göstərməlidir.
✔️ Beynəlxalq əlaqələr bu məsələdə əsas rol oynaya bilər.
✔️ Daxildə bu mövzuya daha çox diqqət lazımdır. 

Amerikanın Səsi” müsahibəsində Azər Sarıoğlunun dediklərini sitat kimi yox, məzmunu dəqiq qoruyan qısa “sitat-parafrazlar” şəklində təqdim edirəm (çünki dəqiq verbatim mətni yoxlamaq lazımdır və uydurma sitat vermək düzgün olmaz):

🗣️ Əsas fikirlər (sitat məzmunu ilə)

  • “Güney Azərbaycanda milli hərəkət var, amma o, vahid və güclü təşkilat formasında deyil.”
    👉 Yəni hərəkat mövcuddur, amma parçalanmışdır.
  • “Hərəkatın real gücünü qiymətləndirmək çətindir, çünki İran daxilindən məlumat almaq çox məhduddur.”
    👉 İnformasiya blokadası əsas problemdir.
  • “Xaricdə fəaliyyət göstərən təşkilatlar daha çox müzakirə səviyyəsində qalır, təsir gücü zəifdir.”
    👉 Diaspora strukturları effektiv deyil.
  • “Güney Azərbaycan məsələsinin beynəlxalq müstəviyə çıxarılması vacibdir.”
    👉 O, beynəlmiləlləşməni əsas çıxış yolu kimi görür.
  • “Azərbaycan daxilində bu məsələyə əvvəlki illərlə müqayisədə daha az diqqət var.”

понедельник, 3 февраля 2020 г.

İslahatda humanizm -
Yorulmuş atları güllələmirlər


Qəti qənaət hasil oldu ki, məmləkətin ən anormal məxluqatı qələm əhlidir. Ölkədə nə qədər istedadsız, şərəfsiz və savadsız fərasət sahibi var, onların böyük əksəriyyəti mediaya, az qismi ədəbiyyata dürtülüblər. Bütün bu bəlalar ictimai-siyasi, humanitar sahəyə yön verənlərin səriştəsizliyi nəticəsində olub.
FB statuslarımın birində yazmışdım ki, Azərbaycan mətbuatından üç nəfərin - Həsən bəy Zərdabinin, Nəcəf Nəcəfovun və Mehman Əliyevin nikbinliyinə həsəd aparıram. İddiamı hələ də doğru sayıram. Əcəba, hörmətli Mehman Əliyev nə görür, bu məmləkət mediasının təkamüllə düzələcəyinə ümid edir?
Gün ərzində nə qədər malbaş namizəd və onun danaboyun vəkilləri sizi səhifə bəyənməyə dəvət edir, küçədə görəndə, “like” etmədiyimizə görə qınayırlar. Əksəriyyəti də media və ədəbiyyat adamı.
Ölkəni bu günə qoyan oldu. Media ya özlərinə “bakinskaya natsiya” deyən meşşanların, ya da mədəniyyətə erotika, şou-biznesə porno, siyasətə və ictimai həyata mədəni tövlə kimi baxan, elmə mal nobatı kimi yanaşan kəndlilərin meydanına çevrildi. Hələ də elədir.
Media sahəsində ümidverici dəyişiklik baş verir. Ədəbi prosesdə isə könüllülərə və əzabkeşlərə hələ də ehtiyac duyulur. Ona görə də islahatların davamına ciddi ehtiyac var. İslahatçılar isə çox humanist görünür. Yuxarılar humanizm nümayiş etdirərək işəyaramaz “yorulmuş atları güllələmək”istəmir, “atlar” da ki, tumarı görüb hələ də yük çəkə biləcəklərini güman edir.



суббота, 29 июня 2019 г.


Güneyli   liderlər ABŞ-ın yeni addımlarına hazırdırmı?

ABŞ preizdenti Donald Trampın son vaxtlar müharibə ritorikasından imtinası, hətta sülhvari çağırışları bəzilərində belə fikir yaradıb ki, dünyanın sahibi İranla müharibə sevdasından vaz keçib. Əsla belə deyil. Cənab Trampın müharibə hədə-qorxularından müvəqqəti vaz keçməsi “sağı göstərib solu vurma” siyasəti ola bilər. Güman ki, yaxın gələcəkdə İrana qarşı daha ciddi planlar hazırlanır.  Rusiya ciddi böhran içərisindəykən, Çin nisbətən zəifləmişkən ABŞ İranla bağlı problemini həll etməlidir. Ən çoxu 10 il sonra ABŞ-ın qarşısında Çinlə yanaşı Hindistan kimi nəhəng dayanacaq. Gələcəkdə bir neçə güclə eyni vaxtda mübarizə aparması Ağ Ev üçün çox təhlükəli olardı. Ona görə də indi düşmənin birinin-İranın sıradan çıxarılması Birləşmiş Ştatlar üçün çox vacibdir.
Bəs Tramp administrasiyasının yeni taktikası nədən ibarət ola bilər? Ümumi mənada hədəf bəllidir. Lakin bu hədəfin reallaşdıracaq yeni planın detalları nədir? Bu suala cavab vermək çətindir. Bizim üçün vacib olan isə baş verəcək hər hansı hadisəyə hazır olmaq, proseslərdən öz maraqlarımıza uyğun fayadalanmaqdır. Lakin biz bu proseslərə hazırıqmı? Məncə yox.  Məsələn, Xalq qəhrəmanımız Abbas Lisaninin haqsız həbsi ilə bağlı neyləyə bilirik? Başqa mübarizlərin müdafiəsində də durum eynidir. Yubanmadan Güney Azərbaycanın maraqlarını güdəcək güclü bir təşkilat ətrafında birləşməliyik. Güneyli öndərlər bu məsələnin üzərində bir daha ciddi düşünməlidirlər.

x


понедельник, 18 марта 2019 г.

ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünyada insan hüquqlarının vəziyyətinə dair hesabatında İranla bağlı bölməyə dair qısa qeyd
ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünyada insan hüquqlarının vəziyyətinə dair hesabatında İranla bağlı bölmədə Azərbaycan türklərinə qarşı hüquq pozuntularına çox az yer verilib. Bəluclara, kürdlərə qarşı təzyiqlərdən daha çox danışılır. Lakin Azərbaycan türklərinə qarşı İran rejimi tərəfindən davaml; olaraq gerçəkləşdirilən hüquq pozuntularından çox xəsisliklə bəhs edilib. 2018-ci il ərzində demək olar ki, hər gün İranda Güney Azərbaycan fəallarına qarşı təzyiqlər barədə xəbərlər yayılırdı. Departamentin hesabatında həmin təzyiqlər barədə ətraflı yazılmır. Departament hesabata daxil etdiyi məlumatların hüquq müdafiə təşkilatlarından və beynəlxalq KİV-dən aldığını vurğulayır. Burada qos-qocaman ABŞ Departamentini qınamamaq olmaz. Demək ki, ABŞ dövləti kürdlərin və bəlucların mübarizəsinin qabardılmasında daha çox maraqlıdır. Ancaq etiraf edək ki, Güney azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlarımızın, diaspor fəallarımızın işi də qənaətbəxş olmayıb. Hələ də böyük dövlətlər və beynəlxalq qurumlarla doğu-düzgün işləməyi bacarmırıq. Hər şeyi də cənab Semdən gözləmək düzgün olmaz.
Hesabatın Güney Azərbaycan türklərinə dair hissəsinin qısa xülasəsi
Hesabatda Azərbaycan əyalətlərndə də insan hüquqlarının pozulmasına, azərbaycanlıların milli və insan haqlarının pozulması vurğulanır. Bildirilir ki, İran əhalisinin 23-25 fazini təşkil edən, təxminən 18 milyonluq (?- A.S.) azərilər başqa etnik azlıqlara nisbətən hökumətə və cəmiyyətə daha çox inteqrasiya olunublar.
Hesabatda bildirilir ki, İran hökuməti azərbaycanlı aktivistləri və təşkilatları təqib edərək, coğrafi adları dəyişdirərək onlara qarşı diskriminasiiya siyasəti yürüdür.
“Beynəlxlaq KİV-lərin, azərbaycanlı hüquq müdafiəsi qruplarının verdiyi xəbərlərə görə, Şərqi Azərbaycan əyalətində İyul ayında Babək qalasına yürüş ərəfəsində 50-yə yaxın azərbaycanlı həbs olunub, digərləri təhdid edilib. Hökumət hər il tarixi şəxsiyyət Babək Xürrəmdinin doğum gününü qeyd etmək istəyən minlərlə azərbaycandilli aktivistin qarşısını almaq üçün cəhd göstərib”.
Hesabatda qadınların sünnət olunduğu bölgələr arasında Qərbi Azərbaycan əyalətinin də adı çəkilir ki, bu adət bizim xalqda olmadığından, sözgüdən qeydin həmin ostanda yaşayan digər xalqla bağlı işləndiyini düşünürəm.

https://www.state.gov/j/drl/rls/hrrpt/humanrightsreport/index.htm?year=2018&dlid=289205&fbclid=IwAR0WCMujgt5iAFvwKcS-2pZkspoy7LbbQA12rx7THV6CvkG1-Wr8d-4ifr0#wrapper

пятница, 19 октября 2018 г.

İran İslam inqilabından sonra Cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi(1979-2005-ci illər)

https://ebooks.az/book_cCienPB2.html#



    Sərlövhə: İran İslam inqilabından sonra Cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi(1979-2005-ci illər)
    Müəllif: Yeganə Hacıyeva
    ISBN: 9789952251111
    Kateqoriya: Tarix
    Faylın həcmi: 1.55 MB

суббота, 1 сентября 2018 г.




İddiamız imkanlarımıza uyğun deyil və ya vahid təşkilata və liderə ehtiyac var

İrandakı etiraz dalğası ilə bağlı yazmışdım: bu gün də olmasa, sabaha hazır olmalıyıq!

Bu gün İrandakı hərəkatımız nə qədər miqyaslı olarsa- olsun, qalib gələcək gücdə deyil. Çünki hərəkatımızın lokomotiv təşkilatı və lideri yoxdur. Hazırki İran idarəçiliyi də baş verəcəklərə qarşı preventiv tədbirlər proqramı ilə hazır görünür.

2500 ildən artıq dövlətçilik təcrübəsinə malik İran idarəçiliyi məzmunu saxlamaqla forma dəyişkənliyi ilə dövləti yaşatmaq təcrübəsini yenidən tətbiq etmək gücündə görünür. Necə ki, zaman-zaman həmin praktikanı tətbiq edərək panfarsist xarakterə malik dövlətçiliyi qoruyaraq saxlaya bilib. İranı yaxşı bilənlər fərqindədirlər ki, bu dövlətin idarərçiliyinin də, dövlətə qarşı etirazların da özəyini türklər təşkil edib.
İrandakı ərəblər, kürdlər, bəluclar və digər milli və etnik azlıqların türklər qədər forma və məzmun dəyişikliklərinə ciddi təsiri olmayıb. İranın tarixi göstərir ki, ümumilikdə türklərin aşağılı-yuxarılı təsiri olmadan, İran coğrafiyasında dəyişiklik imkanları çətin gerçəkləşə bilər. Lakin bu dəyişiklikdən kimin qazanacağı bizim üçün həyati məsələdir: panfarsist ideologiyası daşıyıcılarının, yaxud İran coğrafiyasındakı qeyr-fars xalqlarının, o cümlədən soydaşlarımızın.

İran ciddi dəyişikliklərə hamilədir və bu dəyişikliklər təbii olaraq, bizə də təsirsiz ötüşməyəcək. Ona görə də hadisələri qarşılaya biləcək proqrama malik olmalıyıq. Bundan başqa, fərd olaraq da Güneydəki soydaşlarımızın gələcək sıxıntılarını qarşılamağa böyük ideallar naminə hazır olmalıyıq. Digər tərəfdən, İranda dəyişiklik gözləyən xarici güclər bu amilləri nəzərə almalıdır.

Bu dəfə də azərbaycanlılarsız dəyişiklik mümkün olmayacaq. Lakin dəyişiklikdən sonra idarəçilikdə azərbaycançı təfəkkürlülər olacaqmı? Əvvəlki inqilablardakı kimi olsa, xeyr!

Ona görə yazıram ki, hazır olmalıyıq! İndi İranda rejim dəyişikliyinə gedəcək etirazların sürətlə vüsət aılmasını istəmərəm. Ona görə ki, hələ hazır deyilik.

Nə hərəkatımıza rəhbərlik edə biləcək təşkilatımız var, nə də çoxluğun qəbul etdiyi liderimiz.

İddiamız imkanlarımıza uyğun deyil.

четверг, 30 августа 2018 г.

Dostları polemikaya dəvət edirəm!

Güney türklərinin hüquqları demokratik cəmiyyətdən keçirmi?  
3 Avqust 2018 23:51

İran coğrafiyası qaynama nöqtəsinə yaxınlaşmaqdadır. Bu coğrafiyadakı xalqların həmin qazandan alacaqları nəsib o qazanda necə qaynamalarına çox bağlıdır. Azərbaycan türkləri İran tarixinin müxtəlif dövrlərində baş vermiş qaynamaların tam mərkəzində dayanmış və nəticədə çoxmilyonlu bir xalq olsa da nəsibini almamış, əksinə köləliyə, tapdanmağa məhkum olunmuşdur. Zənnimizcə, İranda baş vermiş son etiraz aksiyalarında da Azərbaycan türklərinin nisbi passivlik nümayişinin bir səbəbi də həmin tarixi təcrübədən qaynaqlanan qorxudan doğur.
Haşiyə əvəzi tarixi ekskurs. 1905-11 ci il “Məşrutə hərəkatı” adlanan və İran tarixiində bu gün də qızıl hərflərlə yazılan inqilab Azərbaycan türkləri ilə bağlıdır ki, həmin inqilabi prosesin başında təbrizli Səttərxan dayanırdı.
1917-ci ildə Rusiyada fevral inqilabı baş verərkən Azərbaycanın güneyi rus qoşunlarının işğalı altında idi. Dünyanı sarsıdan Fevral inqilabından sonra İranda da canlanma yarandı və 1917-ci il mayın 1-dən Təbrizdə mitinq və nümayişlər keçirilməyə başlamışdı.
1920-ci il aprelin 7-də isə Təbrizdə üsyan başlandı və qalib gəldi. Şeyx Məhəmməd Xiyabaninin başında olduğu üsyan rəhbərliyi iyunun 24-də muxtar hüquqlara malik Milli Hökumət yaratdı. Azadistan Respublikası elan olundu. Tehranda Böyük Britaniya nümayəndəliyinin dəstəyi ilə sentyabrın 11-də Təbrizə qəfıl hücum təşkil edildi və 4 günlük mübarizədən sonra azad respublika ingilis-fars ittifaqı tərəfindən devrildi.
İkinci dünya müharibəsi Böyük Britaniya silahlı qüvvələri ilə Sovetlər Birliyi hərbi hissələrinin İran ərazisinə daxil olması ilə yekunlaşdı. Bu isə Rza şah istibdad rejiminin süqutu ilə nəticələndi. Xarici müdaxilə və Şah rejiminin yıxılması İranda müəyyən qədər demokratik mühitin yaranmasına səbəb oldu. Proses müxtəlif bölgələrdə fərqli formalarda təzahür etdi. Güney Azərbaycanda isə Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Hökumətinin yaranması ilə nəticələndi. Milli Hökumət imperialist qüvvələrin sazişi nəticəsində çox az yaşadı.
1979-cu il il İran İslam İnqilabından bəhs edilərkən bir çox tarixçilər əslində inqilabın Təbruzdən başlanıldığını görməzdən gəlirlər. Həmin il fevralın 18-də (29 bəhməndə) Təbrizdə Ayətullah Məhəmməd Kazim Şəriətmədarinin çağırışı ilə əhali üsyana qalxdı. Bu üsyanda 100 min nəfər iştirak etdi. Ordu yeridilməsinə baxmayaraq üsyan ertəsi gün də davam etdi.
Yenə həmin xalq- islam inqilabı tərəfindən milli huquqlarının təmin ediləcəyi vədi ilə aldadılan və İran İslam inqilabının əsas iştirakçısı olan Azərbaycan türkləri bu gün də mübarizə aparır. Yüzlərlə mübariz insanı zindanlarda işgəncələrə məruz qalır, öldürülür, ölkədən qovulur və bu mübarizə yenə də Qərbi qane etmir. Çünki dinc mübarizə Qərbin maraqlarına cavab vermir. Qərbə qan tökülməsi, qanla müşayiət olunan qalibiyyət lazımdır ki, bu cinayətin üzərindən öz maraqları üçün istifadə etsin. Lakin tarixi təcrübə göstərir ki, bizim qanımız Qərb üçün öz maraqlarını təmin etmək üçün müvəqqəti istifadədən ötrü lazımdır. Nəticədə Azərbaycan türkü adlı kimlik onların vecinə də deyil.
Keçilən acı tarixi təcrübə, yəni Qərbin namərdliyi İran coğrafiyasındakı azərbaycanlılarda inamsızlıq yaradıb. Lakin hesab edirəm ki, İİR ərazisindəki türklər məyus olmamalıdır. İndiki durum nisbətən fərqlidir. Hazırda planlaşdırılan dəyişiklik nəticəsində İrandakı türklərə müsətqillik, birləşmə, hətta mədəni muxtariyyət vəd edilməsə belə, demokratik bir cəmiyyətin qurulması bəs edir. Çünki demokratik cəmiyyətlərdə mübarizə daha asan olur. Ona görə də hesab edirəm ki, yaxın hədəfimiz İran coğrafiyasında demokratiyanın bərqərar olmasıdır. Güneyli soydaşlarımız İrandakı son etiraz aksiyalarına dəstək verməli və demokratik rejim uğrunda mübarizə aparmalıdırlar.