понедельник, 18 марта 2019 г.

ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünyada insan hüquqlarının vəziyyətinə dair hesabatında İranla bağlı bölməyə dair qısa qeyd
ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünyada insan hüquqlarının vəziyyətinə dair hesabatında İranla bağlı bölmədə Azərbaycan türklərinə qarşı hüquq pozuntularına çox az yer verilib. Bəluclara, kürdlərə qarşı təzyiqlərdən daha çox danışılır. Lakin Azərbaycan türklərinə qarşı İran rejimi tərəfindən davaml; olaraq gerçəkləşdirilən hüquq pozuntularından çox xəsisliklə bəhs edilib. 2018-ci il ərzində demək olar ki, hər gün İranda Güney Azərbaycan fəallarına qarşı təzyiqlər barədə xəbərlər yayılırdı. Departamentin hesabatında həmin təzyiqlər barədə ətraflı yazılmır. Departament hesabata daxil etdiyi məlumatların hüquq müdafiə təşkilatlarından və beynəlxalq KİV-dən aldığını vurğulayır. Burada qos-qocaman ABŞ Departamentini qınamamaq olmaz. Demək ki, ABŞ dövləti kürdlərin və bəlucların mübarizəsinin qabardılmasında daha çox maraqlıdır. Ancaq etiraf edək ki, Güney azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlarımızın, diaspor fəallarımızın işi də qənaətbəxş olmayıb. Hələ də böyük dövlətlər və beynəlxalq qurumlarla doğu-düzgün işləməyi bacarmırıq. Hər şeyi də cənab Semdən gözləmək düzgün olmaz.
Hesabatın Güney Azərbaycan türklərinə dair hissəsinin qısa xülasəsi
Hesabatda Azərbaycan əyalətlərndə də insan hüquqlarının pozulmasına, azərbaycanlıların milli və insan haqlarının pozulması vurğulanır. Bildirilir ki, İran əhalisinin 23-25 fazini təşkil edən, təxminən 18 milyonluq (?- A.S.) azərilər başqa etnik azlıqlara nisbətən hökumətə və cəmiyyətə daha çox inteqrasiya olunublar.
Hesabatda bildirilir ki, İran hökuməti azərbaycanlı aktivistləri və təşkilatları təqib edərək, coğrafi adları dəyişdirərək onlara qarşı diskriminasiiya siyasəti yürüdür.
“Beynəlxlaq KİV-lərin, azərbaycanlı hüquq müdafiəsi qruplarının verdiyi xəbərlərə görə, Şərqi Azərbaycan əyalətində İyul ayında Babək qalasına yürüş ərəfəsində 50-yə yaxın azərbaycanlı həbs olunub, digərləri təhdid edilib. Hökumət hər il tarixi şəxsiyyət Babək Xürrəmdinin doğum gününü qeyd etmək istəyən minlərlə azərbaycandilli aktivistin qarşısını almaq üçün cəhd göstərib”.
Hesabatda qadınların sünnət olunduğu bölgələr arasında Qərbi Azərbaycan əyalətinin də adı çəkilir ki, bu adət bizim xalqda olmadığından, sözgüdən qeydin həmin ostanda yaşayan digər xalqla bağlı işləndiyini düşünürəm.

https://www.state.gov/j/drl/rls/hrrpt/humanrightsreport/index.htm?year=2018&dlid=289205&fbclid=IwAR0WCMujgt5iAFvwKcS-2pZkspoy7LbbQA12rx7THV6CvkG1-Wr8d-4ifr0#wrapper