суббота, 29 июня 2019 г.


Güneyli   liderlər ABŞ-ın yeni addımlarına hazırdırmı?

ABŞ preizdenti Donald Trampın son vaxtlar müharibə ritorikasından imtinası, hətta sülhvari çağırışları bəzilərində belə fikir yaradıb ki, dünyanın sahibi İranla müharibə sevdasından vaz keçib. Əsla belə deyil. Cənab Trampın müharibə hədə-qorxularından müvəqqəti vaz keçməsi “sağı göstərib solu vurma” siyasəti ola bilər. Güman ki, yaxın gələcəkdə İrana qarşı daha ciddi planlar hazırlanır.  Rusiya ciddi böhran içərisindəykən, Çin nisbətən zəifləmişkən ABŞ İranla bağlı problemini həll etməlidir. Ən çoxu 10 il sonra ABŞ-ın qarşısında Çinlə yanaşı Hindistan kimi nəhəng dayanacaq. Gələcəkdə bir neçə güclə eyni vaxtda mübarizə aparması Ağ Ev üçün çox təhlükəli olardı. Ona görə də indi düşmənin birinin-İranın sıradan çıxarılması Birləşmiş Ştatlar üçün çox vacibdir.
Bəs Tramp administrasiyasının yeni taktikası nədən ibarət ola bilər? Ümumi mənada hədəf bəllidir. Lakin bu hədəfin reallaşdıracaq yeni planın detalları nədir? Bu suala cavab vermək çətindir. Bizim üçün vacib olan isə baş verəcək hər hansı hadisəyə hazır olmaq, proseslərdən öz maraqlarımıza uyğun fayadalanmaqdır. Lakin biz bu proseslərə hazırıqmı? Məncə yox.  Məsələn, Xalq qəhrəmanımız Abbas Lisaninin haqsız həbsi ilə bağlı neyləyə bilirik? Başqa mübarizlərin müdafiəsində də durum eynidir. Yubanmadan Güney Azərbaycanın maraqlarını güdəcək güclü bir təşkilat ətrafında birləşməliyik. Güneyli öndərlər bu məsələnin üzərində bir daha ciddi düşünməlidirlər.

x


понедельник, 18 марта 2019 г.

ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünyada insan hüquqlarının vəziyyətinə dair hesabatında İranla bağlı bölməyə dair qısa qeyd
ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünyada insan hüquqlarının vəziyyətinə dair hesabatında İranla bağlı bölmədə Azərbaycan türklərinə qarşı hüquq pozuntularına çox az yer verilib. Bəluclara, kürdlərə qarşı təzyiqlərdən daha çox danışılır. Lakin Azərbaycan türklərinə qarşı İran rejimi tərəfindən davaml; olaraq gerçəkləşdirilən hüquq pozuntularından çox xəsisliklə bəhs edilib. 2018-ci il ərzində demək olar ki, hər gün İranda Güney Azərbaycan fəallarına qarşı təzyiqlər barədə xəbərlər yayılırdı. Departamentin hesabatında həmin təzyiqlər barədə ətraflı yazılmır. Departament hesabata daxil etdiyi məlumatların hüquq müdafiə təşkilatlarından və beynəlxalq KİV-dən aldığını vurğulayır. Burada qos-qocaman ABŞ Departamentini qınamamaq olmaz. Demək ki, ABŞ dövləti kürdlərin və bəlucların mübarizəsinin qabardılmasında daha çox maraqlıdır. Ancaq etiraf edək ki, Güney azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlarımızın, diaspor fəallarımızın işi də qənaətbəxş olmayıb. Hələ də böyük dövlətlər və beynəlxalq qurumlarla doğu-düzgün işləməyi bacarmırıq. Hər şeyi də cənab Semdən gözləmək düzgün olmaz.
Hesabatın Güney Azərbaycan türklərinə dair hissəsinin qısa xülasəsi
Hesabatda Azərbaycan əyalətlərndə də insan hüquqlarının pozulmasına, azərbaycanlıların milli və insan haqlarının pozulması vurğulanır. Bildirilir ki, İran əhalisinin 23-25 fazini təşkil edən, təxminən 18 milyonluq (?- A.S.) azərilər başqa etnik azlıqlara nisbətən hökumətə və cəmiyyətə daha çox inteqrasiya olunublar.
Hesabatda bildirilir ki, İran hökuməti azərbaycanlı aktivistləri və təşkilatları təqib edərək, coğrafi adları dəyişdirərək onlara qarşı diskriminasiiya siyasəti yürüdür.
“Beynəlxlaq KİV-lərin, azərbaycanlı hüquq müdafiəsi qruplarının verdiyi xəbərlərə görə, Şərqi Azərbaycan əyalətində İyul ayında Babək qalasına yürüş ərəfəsində 50-yə yaxın azərbaycanlı həbs olunub, digərləri təhdid edilib. Hökumət hər il tarixi şəxsiyyət Babək Xürrəmdinin doğum gününü qeyd etmək istəyən minlərlə azərbaycandilli aktivistin qarşısını almaq üçün cəhd göstərib”.
Hesabatda qadınların sünnət olunduğu bölgələr arasında Qərbi Azərbaycan əyalətinin də adı çəkilir ki, bu adət bizim xalqda olmadığından, sözgüdən qeydin həmin ostanda yaşayan digər xalqla bağlı işləndiyini düşünürəm.

https://www.state.gov/j/drl/rls/hrrpt/humanrightsreport/index.htm?year=2018&dlid=289205&fbclid=IwAR0WCMujgt5iAFvwKcS-2pZkspoy7LbbQA12rx7THV6CvkG1-Wr8d-4ifr0#wrapper